
BAKI, 18 mart. TELEQRAF
Otuz günlük atəşkəs rejiminin tətbiqi məsələsi ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında bugünkü söhbətdən çox asılıdır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının Beynəlxalq Siyasət Komitəsinin sədri Aleksandr Merejko deyib.
“Heç bir irəliləyiş görmürəm, çünki bu gün mənzərə ortadadır. Ukrayna Trampın atəşkəs təklifi ilə tamamilə razılaşıb, Putin isə faktiki olaraq, imtina edib. Rusiya lideri əvvəlki ultimatumunu təkrarlayan əlavə tələblər də irəli sürüb. Ümid edirəm ki, Trampın Putinin imtinasını qəbul edib-etməməsindən asılı olmayaraq, konkret cavab alacağıq”, - komitə rəhbəri bildirib.
Merejko qeyd edib ki, Trampın Putinin bəyanatlarına reaksiyası Ukrayna üçün çox önəmlidir. Xüsusilə bu, ABŞ prezidentinin əvvəllər söz verdiyi kimi, Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə həqiqətən hazır olub-olmaması ilə bağlıdır.