.png)
BAKI, 18 mart. TELEQRAF
Norveçli futbolçu Erlinq Holann İngiltərənin "Mançester Siti" klubunu tərk edə bilər.
Teleqraf “El Nacional” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu növbəti mövsümü Çempionlar Liqasında iştirak etmədən keçirməyə hazır olmadığı qənaətinə gəlib.
Baş məşqçi Xosep Qvardiolanın komandası Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazana bilməsə, bu, Holannın yayda gedişinə səbəb olacaq.
Böyük ehtimalla, onunla İspaniya "Real Madrid"i müqavilə bağlaya bilər. Fransa PSJ-sinin alternativ olması da mümkündür. Hərçənd, Liqa 1 skandinaviyalı forvard üçün cəlbedici deyil.
Holannın hazırki klubu ilə müqaviləsi 2034-cü ilin iyununa qədərdir.
Qeyd edək ki, Erlinq Holann bu mövsüm bütün yarışlarda 38 oyun keçirib, 29 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Mançester Siti” Premyer Liqada 29 oyundan sonra 48 xalla 5-ci yerdədir.