
BAKI, 18 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” klubunun bu gün yaranmasından 88 il ötür.
Teleqraf xəbər verir ki, 1937-ci ilin 18 martında “Neftyanik” kimi fəaliyyətə başlayan Bakı təmsilçisi hazırda ölkənin ən köklü klubudur.
"Neftçi" 1966-cı ildə SSRİ çempionatının bürünc medalını, 2012-ci ildə isə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb.
“Ağ-qaralar” 9 dəfə ölkə çempionu, 6 dəfə kubokun qalibi, 2 dəfə Super Kubokun sahibidirlər.
Qeyd edək ki, Premyer Liqanın XXVII turunda “Səbail”lə oyundan (2:1) öncə “ağ-qaralar” xüsusi hazırlanmış “88 nömrəli” formada meydana çıxıblar. Burada klubun tarixində iz buraxmış tanınmış simaların fotoları yer alıb.