
BAKI, 18 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin toplantısında amerikalı həmkarı Donald Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
“Prezident Ərdoğanın Ramazan bayramından sonra aprel ayında ABŞ-yə səfər edəcəyini, Trampın da çox gecikmədən cavab səfəri edə biləcəyini dediyi bildirilir. Trampın telefon danışığı zamanı Prezident Ərdoğana “Bölgədə sizə güvənirik” dediyi vurğulanıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı martın 18-də olub.