BAKI, 17 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubunun futbolçusu İnyiqo Martines sıradan çıxıb.

Teleqraf xəbər verir ki, 34 yaşlı müdafiəçinin sağ dizinin meniski ətrafında iltihab aşkarlanıb.

Bu səbəbdən, Martines İspaniya milli komandasının qarşıdakı oyunlarını buraxacaq.

Son Avropa çempionlarının baş məşqçisi Luis de la Fuente Martinesin əvəzinə komandaya İngiltərə "Bornmut"undan Din Höyseni çağırıb.

Qeyd edək ki, İspaniya martın 20-də və martın 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.