BAKI, 18 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə həyata keçirdiyi hava hücumları nəticəsində HƏMAS-ın Qəzza zolağındakı siyasi bürosunun üzvü, təşkilatın faktiki baş naziri vəzifəsini icra edən İssam əd-Daalis həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, sözügedən şəxsin olduğu evə raket zərbəsi endirilib.

Hücum zamanı, həmçinin HƏMAS-ın Qəzzadakı Daxili İşlər Nazirliyinin rəhbər müavini Mahmud Əbu Vətfa da öldürülüb.

Xatırladaq ki, İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən bərpa edib.

Hücum nəticəsində ölü sayının 356-ya, yaralı sayının isə 1000-ə çatdığı bildirilib.

Ölənlərin təxminən yarısı Qəzza şəhərinə endirilən aviazərbələrin qurbanıdır.