
BAKI, 18 mart. TELEQRAF
Ötən il Azərbaycanın tədiyə balansının kəsiri 438,1 milyon ABŞ dolları olub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356,4 milyon dollarlıq profisit olmuşdu.
Kəsir, cari əməliyyatlar balansındakı 4 milyard 671,1 milyon dollarlıq profisit, kapital hesabındakı 1,4 milyon dollarlıq kəsir, maliyyə hesabındakı 5 milyard 001,1 milyon dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 106,7 milyon dollarlıq kəsir nəticəsində yaranıb.