BAKI, 10 mart. TELEQRAF

"Neftçi" və "Turan Tovuz" komandaları Azərbaycan Premyer Liqasında XXVI turun oyununa futbolçu itkiləri ilə çıxacaqlar.

Teleqraf-ın məlumatına görə, meydan sahiblərindən yalnız Yuri Matias cəzalı olduğu üçün forma geyinməyəcək. Braziliyalı müdafiəçi ötən tur "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada mövsüm ərzində 8-ci sarı vərəqəsini alaraq, limiti doldurub.

Qonaqlardan isə zədəli müdafiəçilər Roderik Miller və Denis Marandiçinin görüşü buraxacağı dəqiqdir. Daha bir arxa xətt oyunçusu - kapitan Şəhriyar Əliyev isə uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıda bilər.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.