BAKI, 10 mart. TELEQRAF

"Mədəniyyət Nazirliyi iki ili əhatə edən ətraflı hesabat verir".

Teleqraf xər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Heydər Əliyev Mərkəzində keçirilən “Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimatında bildirib:

"Bir çox dövlət qurumlarının birgə fəaliyyəti zərurəti var. Məhz əməkdaşlıq sayəsində mühüm addımlar atılır. Xaricdə təhsil üçün təqaüd proqramları təsdiq edilir. Ölkəyə xarici investorlar, şirkətlər cəlb edilir. Bu gündən "Yaradıcılığa yardım et" təşəbbüsü start götürür".