
BAKI, 10 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun son günündə iki qarşılaşma keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk oyununda Premyer Liqada qalmaq yolunda "Sumqayıt" "Kəpəz"lə həlledici matça çıxacaq.
Qarşılaşma saat 17:00-da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək. 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə qərarlaşıblar.
Turun son oyununda "Neftçi" və "Turan Tovuz" komandaları üz-üzə gələcək. “Neftçi Arena”da baş tutacaq turun son qarşılaşması saat 19:30-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXVI tur
17:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”
Qeyd edək ki, XXVI turun indiyə qədərki oyunlarında "Qarabağ" səfərdə "Araz-Naxçıvan"nı (3:1), "Şamaxı" evdə "Sabah"ı, "Zirə" isə "Səbail"i məğlub edib – 1:0.