
BAKI, 10 mart. TELEQRAF
Azərbaycanda bankomatların sayı bu il yanvarın 1-nə 2023-cü illə müqayisədə 192 ədəd artaraq 3 304 ədəd olub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankomatların 54 faizi -1772 ədədi Bakının payına düşür. Bakıda bankomatların sayı 1 ildə 151 ədəd artıb.
Ən az bankomat isə Şərqi Zəngəzur iqtisadi rayonundadır - 14 ədəd. Bu bölgədə bankomatların say 1 ildə cəmi 4 ədəd artıb.
2024-cü ilin sonuna iqtisadi rayonlar üzrə bankomatların yerləşmə cədvəli