
BAKI, 10 mart. TELEQRAF
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin xarici işlər və mühacirlər nazirinin köməkçisi Əhməd Duxanla görüşüb. Daha sonra isə Elnur Şahhüseynov Suriyanın Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi cənab Küteybə Qadiş ilə nəzakət görüşü keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyadakı səfirliyimizin sosial şəbəkə hesabında paylaşım edilib.
Görüş zamanı humanitar yardım sahəsində mümkün əməkdaşlıq yollarını müzakirə edilib.