.jpg)
BAKI, 10 mart. TELEQRAF
"Bugünkü tədbir çox önəmli və iddialıdır".
Teleqraf xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Heydər Əliyev Mərkəzində keçirilən “Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimatda bildirib.
"Mədəni və yaradıcı sənayelərə ölkəmizdə ciddi önəm verilir. Ciddi tədbirlər planı hazırlanıb. Ən vacib məqam odur ki, mədəni yaradıcı və sənaye sahələri UNEC və mütəxəssilərimizlə təsnifatlaşıdırılıb, Nazirlər Kabinetinə təqdim edilib. Düşünürük ki, qısa müddətdə qəbul ediləcək. Yeni layihələr üçün yeni imkanlar yaranacaq".
Nazir deyib ki, Mədəniyyət Nazirliyi qrant müsabiqəsi təşkil edib: "Qrant layihələri üçün 300 min manat vəsait ayrılıb".
Adil Kərimli paytaxtda "Yaradıcı mərkəz"in təsis edildiyini də vurğulayıb.