
BAKI, 10 mart. TELEQRAF
Çin Tayvanla sülh yolu ilə yenidən birləşməyə nail olmaq üçün hər cür səy göstərəcək, amma ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirlər görüləcək.
Teleqraf xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
Həmçinin onun sözlərinə görə, Pekin adanın müstəqilliyini elan etmək cəhdlərinə və digər ölkələrin Tayvanın bu cür səylərini dəstəkləmək cəhdlərinə qarşı çıxmağa davam edəcək:
“Çin milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək və Tayvanın müstəqilliyinə və xarici müdaxiləyə qətiyyətlə qarşı çıxacaq”.
Mao vurğulayıb ki, Tayvan məsələsi Çin üçün həyati əhəmiyyət kəsb edir və digər ölkələrlə, o cümlədən ABŞ ilə müzakirə mövzusu deyil.
“Tayvan məsələsi Çinin əsas maraqlarının əsasını təşkil edir və Çin-ABŞ münasibətlərində keçilməz qırmızı xəttdir”, - Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib.