BAKI, 5 mart. TELEQRAF

Myanmanın Baş naziri Min Aun Hlayn deyib ki, o, keçmiş həyatında Rusiya lideri Vladimir Putinlə görüşmüş ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə kremlin.ru saytı məlumat yayıb.

Kremldə danışıqlar zamanı Myanmanın Baş naziri Putinə iki unikal nəşr hədiyyə edib. Onlardan biri Buddanın Rusiyanın gələcək kralı haqqında proqnozunu təsvir edir. Bu baxımdan, Min Aun Hlayn keçmiş həyatında Rusiya Federasiyasının prezidenti ilə görüşə biləcəyini iddia edir.

Öz növbəsində Putin Rusiyanın buddizmə hörmət etdiyini bildirib və Myanmanın baş nazirinə ötən il Rusiya tərəfinə verilən və Moskva Zooparkına təhvil verilən altı fil balası üçün təşəkkür edib .

Martın 4-də Myanmanın Baş naziri və Min Aun Hlayn federasiya Prezidentinin dəvəti ilə Rusiyaya səfər edib.