BAKI, 5 mart. TELEQRAF

İrlandiya Ukraynaya 100 milyon avroluq hərbi dəstək verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İrlandiya hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, ayrılan məbləğ Ukrayna ordusunda prioritet ehtiyacları nəzərə almaqla bölüşdürüləcək.

Qeyd olunur ki, İrlandiya bundan əvvəl Avropa Sülh Fondu çərçivəsində Ukraynaya təqribən 250 milyon avro məbləğində hərbi dəstək verməyi öhdəsinə götürüb.