
BAKI, 5 mart. TELEQRAF
ABŞ hökuməti Ukraynaya yardım göstərmək üçün yüz milyardlarla dollar ayırıb.
Teleqraf xəbər verir ki, Prezident Donald Trampın Nümayəndələr Palatası və Konqres Senatı qarşısında çıxışı zamanı belə deyib.
O xatırladıb ki, eyni zamanda Avropa Rusiyadan neft və qaz almağa daha çox pul xərcləyirmiş.
D.Tramp vurğulayıb: “Mən həmçinin Ukraynadakı amansız münaqişəyə son qoymaq üçün yorulmadan çalışıram”.
Tramp əlavə edib ki, ABŞ Ukraynanın müdafiəsinə dəstək üçün yüz milyardlarla dollar göndərib. Öz növbəsində keçmiş prezident Co Bayden bu mübarizəyə Avropanın yardımlarından daha çox pulun köçürülməsinə icazə verdiyini xatırladıb.