BAKI. 4 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən iki kluba texniki məğlubiyyət verib.

Teleqraf qurumun rəsmi saytına istinadən məlumatına görə, bunlar "Kür-Araz" və "Ağdaş"dır.

"Kür-Araz" fevralın 28-də Şamaxı Olimpiya İdman Kompleksində keçirilməli olan XIV turun “Şahdağ Qusar”a qarşı səfər oyununa təyin edilmiş vaxtda gəlməyib. Nəticədə matç baş tutmayıb. İntizam Komitəsi “Kür-Araz”ı 0:3 hesablı texniki məğlubiyyətə və 400 manat cəriməyə məruz qoyub.

“Ağdaş” - “Şimal” oyunu isə meydan sahibi klubun görüş üçün stadionu vaxtında hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda qarşılaşma başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmayıb. Nəticədə “Ağdaş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 250 manat cərimə edilib.