BAKI, 4 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "Sabah" “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edib.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

Görüşdə hesabı meydan sahibləri açıb. Xəyal Əliyev 7-ci dəqiqədə fərqlənib. Cəmi 4 dəqiqə sonra qonaqların futbolçusu Bernardo Dias hesabı bərabərləşdirib.

Masazır təmsilçisi 64-cü dəqiqədə Sofian Çaklanın qolu ilə yenidən önə keçsə də, 73-cü dəqiqədə Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci qolunu vurub.

Vasili Berezutskinin komandası 34 xalla 5-ci, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə 46 xalla 3-cüdür.

Qeyd edək ki, turun digər oyunlarında “Şamaxı” səfərdə “Səbail”i, “Zirə” “Turan Tovuz”u, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Kəpəz” - “Neftçi” qarşılaşması ilə yekun vurulacaq.