
BAKI. 4 mart. TELEQRAF
Bu gün AFFA-nın inzibati binasında Region Liqasının yeni mövsümünün püşkü atılıb.
Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın Oyun əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov yarışda iştirak üçün 56 komandanın qeydiyyatdan keçdiyini bildirib.
Onun sözlərinə görə, iki komanda püşkatmaya iki gün qalmış turnirdən imtina edib. Komandalar Mərkəz, Şimal zonası və Cənub zonasına bölünəcəklər.
Klublardan 22-nin paytaxtı təmsil etdiyini deyən Cəfərov Region Liqasının bir dövrədən ibarət olacağını diqqətə çatdırıb: "Transferlər üçün martın 7-dək vaxt verilib. 1/8 finala qədər transfer icazəsi olacaq. Daha sonra müəyyən olunmuş günlərdə pəncərə açılacaq".
AFFA rəsmisi bildirib ki, zonalar üzrə birinci yeri tutan komandalar 1/8 finalda ilk oyunlarını evdə, ikinci yeri tutanlar səfərdə oynayacaqlar. Final oyunları 20 - 25 mayda keçiriləcək.
Cəfərovun sözlərinə görə, Region Liqasında ilk 4 yeri tutan komandalar Azərbaycan II Liqasında mübarizə apara bilərlər. Bu, II Liqanın Əsasnaməsi təsdiqləndikdən sonra müəyyənləşəcək.
Daha sonra turnirin püşkatma mərasimi keçirilib:
Paytaxt və Şimal zonası
A qrupu, I tur
ŞKGB – “Şirvanovka” FK
“Gənclər PFM – “Lokomotiv Baku”
“Ramana” FK – ATİDEL PFK
“Record Club” – “İnşaatçı” PİK
B qrupu, I tur
“Cəngi” FK – “City Baku” FK
“Xanlıq” – “Əmirli” FK
“Çinar Zəngilan” FK – “Dirçəliş” FK
C qrupu, I tur
“Mübariz” FA – “Xudat City” FA
“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK
İCBFA – “Gənclik” İK
Mərkəz zonası
D qrupu, I tur
“Ümid” FK – “Marafon” İK
“Bahar” (Beyləqan) – “Avşar” FK
“Hacıqabul” – “Şirvan OİK”
E qrupu, I tur
“Araz” (İmişli) – “Sabirabad” FK
“Xankəndi” FK – “Lokomotiv İmişli”
“Şirvan” FK – Mil” FK
Cənub zonası
F qrupu, I tur
“Zəfər-44” – “Biləsuvar” FK
“Ərkivan” (Masallı) – “Salyan OİK”
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK – “Neftçala” FK
Şimal-Qərb və Qərb zonası
G qrupu, I tur
“Balakən” FK – “Tərtər” FK
“Bərdə” FK – “Kürmük” (Qax)
“Ağstafa Gəncləri” – “Xocalı” PFK
H qrupu, I tur
“Goranboy OİK” – “Naftalan” FK
“Qax” FK – “VT Gəncə”
Qeyd edək ki, AFFA Region Liqasında ilk oyunlar martın 8-9-da keçiriləcək.