
BAKI. 4 mart. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyunununda hər iki komandanı cəzalandırıb.
Teleqraf xəbər verir ki, "Cəbrayıl"dan Okan Təhməzli və “Baku Sporting”dən Orxan Fərəcov təcavüzkar davranışa yol verdikləri üçün birbaşa qırmızı vərəqə alıblar.
Hər iki futbolçuya 4 oyun cəza, klublara isə hərəyə 300 manat cərimə tətbiq olunub.
Bundan başqa, polis nümayəndəsinin olmaması səbəbindən matç gec başladığına görə “Baku Sporting” 100 manat cərimələnib.
Klub daha 70 manat cəriməni 5 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
Qeyd edək ki, “Baku Sporting” – “Cəbrayıl” görüşü meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb.