BAKI, 5 mart. TELEQRAF

Belarus ABŞ , Rusiya və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı blogerə müsahibəsində deyib.

Belarus lideri bildirib:“ Kimliyindən asılı olmayaraq, indi Zelenskini əyməyə ehtiyac yoxdur. Biz Zelenskini inandırmalı, onunla razılığa gəlməliyik, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də biz razılıq əldə etməliyik. İstəyirsiniz, gəlin, bura yaxındır - Belarus sərhədindən Kiyevə 200 kilometr məsafə var. Təyyarə ilə yarım saatlıq yoldur. Gəlin. Gəlin burada oturaq. Sakitcə, hay-küysüz, qışqırıqsız razılığa gələk. Trampa da çatdırın: Mən onu Putin və Zelenski ilə birlikdə burada gözləyirəm. Gəlin oturaq və sakitcə razılığa gələk".