BAKI. 4 mart. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş baş məşqçisi və Cənubi Afrika Respublikası (CAR) yığmasının sabiq futbolçu Benni Makkarti Keniya millisinin yeni baş məşqçisi təyin edilib.

Teleqraf xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Makkarti 2024-cü ilə qədər “Mançester Yunayted”də çalışıb.

Qeyd edək ki, mütəxəssis Mançester klubunda iki mövsüm Erik ten Haqın məşqçilər korpusunda yer alıb.