
BAKI, 4 mart. TELEQRAF
Ermənistan eyni zamanda Avrasiya İqtisadi Birliyinə (AİB), həm də Avropa İttifaqına (Aİ) üzv ola bilməz.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Səfir yerli "24News" saytına müsahibəsində vurğulayıb ki, Rusiya əvvəldən Ermənistana şərt qoyub: ya AİB, ya da Aİ.
O qeyd edib ki, burada orta yol ola bilməz və bu, Rusiyanın mövqeyi deyil, obyektiv reallıqdır.