BAKI, 5 mart. TELEQRAF

Nijni Novqorodda İosif Stalinə abidə qoyula bilər.

Teleqraf xəbər verir ki, bu təklifi Rusiya Federasiyası Kommunist Partiyasının regional bölməsi sosial şəbəkə hesabında irəli sürülüb.

Kommunist Partiyasının regional bölməsinin rəhbəri Vladislav Yeqorov təşəbbüsü belə izah edib: "Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin 80 illiyində Qırmızı Ordunun Ali Baş Komandanının xatirəsinin əbədiləşdirilməsi tarixi saxtalaşdıranlara layiqli cavab olacaq və tarixi ədalətin bərpasına xidmət edəcək".

Xatırladaq ki, Borsk şəhərində artıq kommunistlərin təşəbbüsü ilə Stalinə heykəl qoyulub. Lakin bu, rəsmi qaydada abidə kimi tanınmayıb.