Bakı, 5 mart. TELEQRAF

ABŞ və Kanada rəsmiləri martın 4-də Ağ Ev rəhbəri Donald Tramp administrasiyasının Kanadadan idxal olunan mallara tətbiq edilən rüsumları azaltmaq və ya ləğv etmək üçün danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, müzakirələr çərşənbə axşamı boyu davam edib.

Martın 5-də Kanadanın Baş naziri Castin Trüdo ilə ABŞ prezidenti arasında da danışıqlar aparılması da istisna olunmur.