BAKI, 4 mart. TELEQRAF

Türkiyəli Fatih Terimin baş məşqçi olduğu Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunda maaş böhranı yaşanır.

Teleqraf ərəb mətbuatına istinadən xəbər verir ki, 3 aydır əmək haqlarını ala bilməyən futbolçular rəhbərliyə narazılıqlarını bildiriblər. Nəticədə komandada problemlər baş qaldırıb. Klub prezidenti Məhəmməd Almunajem jurnalistlərin bununla bağlı suallarını cavabsız qoyub. Onun yürütdüyü siyasətlə razılaşmayan İdarə Heyətinin bəzi üzvləri isə istefa veriblər.

Qeyd edək ki, "Əl-Şabab" 23 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 39 xalla 6-cı sırada yer alıb.