BAKI, 4 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "Turan Tovuz" komandası doğma meydanında "Zirə"ni qəbul edib.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

5-ci dəqiqədə "Zirə"nin kapitanı Qismət Alıyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

56-cı dəqiqədə İssa Cibrila hesab arasındaki fərqi artırıb.

"Zirə" xallarının sayını 48-ə çatdıraraq 2-ci pillədəki mövqeyini möhkənlədib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla dördüncüdür.

Günün digər görüşündə "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi qələbə qazanacağı təqdirdə "Zirə" ilə xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı, "Şamaxı" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.