BAKI, 4 mart. TELEQRAF

"Qərbin vədləri heç vaxt heç kimin təhlükəsizliyini təmin etməyib"

Teleqraf xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində belə deyib.

O bildirib ki, Qərbdən fərqli olaraq, İrəvanla Moskva arasında razılaşmalar var və 102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir.

Diplomat deyib: “Mən bildiyimə görə, Qərb və ümumiyyətlə heç kim Ermənistana, Rusiya-Ermənistan münasibətlərindəki olduğu kimi, təhlükəsizlik zəmanəti verməyib. Hər halda, mən heç bir sənəd və ya bəyanat görməmişəm”.

Kopırkin vurğulayıb ki, Moskva ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əsas razılaşmalar qüvvədə qalır və Rusiya hərbçilərinin oranı tərk etmək niyyəti yoxdur. Üstəlik, onların, eləcə də Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir.