
BAKI, 4 mart. TELEQRAF
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".
Teleqraf xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis "Zirə"ni təbrik edib: "Belə komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlarda idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm".
Berdıyev komandasının məqsədinin yalnız avrokubok olduğunu bildirib: "Bunu bacarsaq, mövsümü uğurlu hesab edə bilərik".