
BAKI, 5 mart. TELEQRAF
İkiqat pnevmoniyadan əziyyət çəkən Papa Fransiskin vəziyyəti stabildir, lakin daimi tibbi yardıma ehtiyacı var.
Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Yayılan açıqlamaya görə, Papanın klinik göstəriciləri stabildir.
“Təkrarlanan tənəffüs çatışmazlığı və ya bronxospazm epizodları olmayıb. Səhər saatlarında yüksək axınlı oksigen terapiyasına keçib və tənəffüs fizioterapiyasına başlayıb. Axşam saatlarında planlaşdırıldığı kimi, səhərə qədər qeyri-invaziv süni ventilyasiya bərpa olunacaq”, - açıqlamada deyilir.
Vatikan mənbələrinin məlumatına görə, 88 yaşlı Fransiskin həyatı təhlükədən çıxdığını söyləmək mümkün deyil.
Yada salaq ki, Papa fevralın 14-dən xəstəxanaya yerləşdirilib.