
BAKI, 5 mart. TELEQRAF
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livanı tərk etməyib və hələ də həbsdədir.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Pol Romanos “Al Hadath” telekanalına məlumat verib.
Onun sözlərinə görə, müvəkkilinin Livan hakimiyyəti tərəfindən azadlığa buraxılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Liviya Ədliyyə Nazirliyinin saytında Qəzzafinin oğlunun guya azadlığa buraxılması ilə bağlı məlumat yayılıb. Amma sonradan bu xəbər silinib.
Qeyd edək ki, Qəddafinin 49 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacirətdə yaşadığı Suriyadan qaçırılıb və Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib.