
BAKI, 5 mart. TELEQRAF
"Biz Naxçıvana getmək üçün azərbaycanlılara İranın təklif etdiyi şərtlərin eynisini üzərimizə götürməyə hazırıq".
Teleqraf xəbər verir ki, Ermənistanın baş naziri Paşinyan IRIB telekanalına müsahibəsində belə deyib.
Paşinyan deyib: "Biz eyni zamanda qarşılıqlı əsasda müəyyən sadələşdirmələrə də hazırıq".
Baş nazir onu da bildirib ki, Ermənistan-İran dəmiryolunun çəkilməsi çoxdan müzakirə olunsa da, çətin relyef onu gerçəkləşdirməyə imkan vermir: "Bu hədsiz böyük sərmayə tələb edir. İndiki məqamda mümkün yükdaşınmaların bu xərcləri uzunmüddətli perspektrivdə də ödəyəcyinə heç bir təminat yoxdur".