
BAKI, 5 mart. TELEQRAF.
ABŞ Prezidenti Donald Trampın administrasiyası ictimai bəyanatlarında çoxlu səhvlərə yol verir.
Teleqraf xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko belə deyib.
O vurğulayıb: "Tramp administrasiyası çoxlu lazımsız bəyanatlar verir. Onlar bu yaxınlarda X platformasında Maskla birlikdə Qəzza sakinlərini necə sevindirəcəklərini bildiriblər. Hamını köçürəcəklər, oranı bəzi ölkələr arasında bölüşdürəcəklər. Birincisi, bu, real deyil. İkincisi, sən orada nəsə qurmaq istəsən belə, bu barədə belə formada danışmamalı və hansısa videoçarxlar hazırlayıb piar qurmamalısan. Siyasətdə belə olmamalıdır. Bu, səhvdir və indiki administrasiya məmunca yox, formaca bir çox səhvlərə yol verir".
Lukaşenko vurğulayıb ki, Tramp administrasiyası ABŞ-ın daxili problemlərinin həllinə və seçki vədlərinin yerinə yetirilməsinə diqqət yetirməlidir.