
BAKI, 5 mart. TELEQRAF
Rusiya hərbi təyyarəsi Fransaya məxsus pilotsuz uçan aparata təhlükəli şəkildə yaxınlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, olay Fransanın kəşfiyyat aparatı Aralıq dənizi üzərində olarkən baş verib.
“Rusiyanın Su-35 qırıcı təyyarəsi Şərqi Aralıq dənizində beynəlxalq sularda kəşfiyyat uçuşu həyata keçirən Fransanın “Reaper” pilotsuz uçan aparatına təhlükəli şəkildə yaxınlaşıb”, – deyən nazir baş verən vəziyyəti “qəbuledilməz” adlandırıb.