BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla onun Mar-a-Laqo iqamətgahında təklikdə şam yeməyi 5 milyon dollara başa gəlir.

Teleqraf xəbər verir ki, bu barədə Wired portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, digər ziyarətçilərlə birlikdə Trampla şam yeməyində iştirak etmək üçün 1 milyon dollar ödəmək lazımdır.

Təklifin son dərəcə məhduddur və Trampla şam yeməyində iştirak “canlı növbə” əsasında həyata keçirilir.

Xatırladaq ki, Donald Trampla onun andiçmə mərasimindən əvvəl onun şərəfinə ABŞ Milli Qalereyasında ziyafətdə iştirakın qiyməti 200 milyon dolları keçirdi.