BAKI, 12 fevral. TELEQRAF

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında digər ölkələrin idmançıları da iştirak edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib.

Bildirilib ki, yarışda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycanın dəvəti əsasında iştirakları gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncədə və ölkəmizin digər 6 şəhərində keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.