BAKI, 12 fevral. TELEQRAF
Bu ilin yanvarında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 484 min barel səviyyəsində olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə hasilatda dəyişiklik olmayıb.
2024-cü ilin noyabrında isə neft hasilatı orta hesabla 488 min barel səviyyəsində olub.
Qeyd edək ki, 2025-in yanvarında OPEC+ ölkələri üzrə ümumi xam neft hasilatı orta hesabla günə 40,62 milyon barel təşkil edib ki, bu da aylıq müqayisədə 118 min barel/gün azdır.