TBİLİSİ, 12 fevral. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin komitə sədrləri ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq və səmərəli əməkdaşlıqdan söz açılıb, parlamentlərarası əlaqələrə toxunulub. Əlaqələrin daha da inkişafı üçün yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib.

Tərəflər Gürcüstan və Azərbaycan hökumətlərinin suverenliyin, milli maraqların və əhalinin rifahının qorunmasına yönəlmiş siyasi baxışlarını və prioritetlərini vurğulayıblar.

Söhbət zamanı Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunulub, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin əhəmiyyəti vurğulanıb.

Ş.Papuaşvili Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli format çərçivəsində səmərəli əməkdaşlığı da qeyd edib. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür bildirib.

Görüşdə Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze də iştirak edib.