
TBİLİSİ, 12 fevral. TELEQRAF
“USAID Gürcüstanda inqilabi proseslərin planlaşdırılması və həyata keçirilməsində iştirak edib”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, bununla bağlı konkret sübutların, o cümlədən video sübutların olduğunu bildirib.
“Biz ABŞ-nin yeni administrasiyasının bizim son 3-4 ildə danışdığımız hər şeyi danışmasından məmnunluğumuzu bir daha ifadə etməliyik. Əlbəttə ki, USAID Gürcüstanda da siyasi və seçkilərlə bağlı proseslərdə birbaşa və açıq-aşkar iştirak edirdi”, - İ.Kobaxidze söyləyib.
Baş nazirin sözlərinə görə, Gürcüstanda şəffaflıq haqqında qanun mütləq qəbul olunacaq və tətbiq ediləcək: “Bu, kənardan heç kimin bizim daxili işlərimizə heç vaxt qarışmaması üçün yeganə zəmanətdir”.