
BAKI, 12 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə keçid dövrü Suriya prezidenti Əhməd Şəra arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya lideri Suriyanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməyə, həmçinin ölkə vətəndaşlarına humanitar yardım göstərməyə davam edəcəklərini bir daha təsdiqləyib.