![](https://teleqraf.az/storage/2025/02/12/715x378/1200x675-cmsv2-839d526a-dad8-591c-b875-6d5d804f9cab-4780068.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Türkiyənin keçmiş Baş naziri Əhməd Davutoğlu ABŞ Prezidenti Donald Trampa müraciət edərək Qəzza zolağının son qanuni sahibinin Osmanlı İmperiyası olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, Türkiyənin Qəzzada yaşayan fələstinliləri öz vətəndaşları kimi qəbul etdiyini söyləyib.
“Osmanlı dövlətinə bağlı bir türk olaraq bunu Trampa deyirəm: Qəzzanın son qanuni sahibi Osmanlı İmperiyası idi. Türkiyə Osmanlı İmperiyasının qanuni varisidir və biz Qəzza sakinlərinə öz vətəndaşlarımız kimi yanaşırıq. Fələstin dövləti yaradılana qədər referendum keçirsinlər və muxtar bölgə kimi Türkiyə Cümhuriyyəti ilə birləşsinlər”, - Davudoğlu bildirib.
Keçmiş baş nazir həmçinin Türkiyənin ABŞ-nin Qəzzanı ələ keçirməyə cəhd edərsə, oranın sakinlərini qorumağa hazır olduğunu bəyan edib.