
BAKI, 12 fevral. TELEQRAF
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bu gün iclasda 100-dən artıq müraciətə baxılıb.
Onun sözlərinə görə, komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılacaq.
Növbəti iclas fevralın sonunda keçiriləcək.
Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Xatırladaq ki, əfv sərəncamı Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.