.jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ artıq Avropanın təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirə bilmir və Asiya-Sakit Okean regionunda Çininin səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında deyib.
"Biz də bu gün bunu aydın və birmənalı ifadə etmək üçün buradayıq: aydın strateji reallıqlar ABŞ-nin diqqətini Avropanın təhlükəsizliyinə yönəltməyə mane olur. Birləşmiş Ştatlar Sakit okeanda Çinlə müharibənin qarşısını almağa üstünlük verir. Çatışmazlıqların reallığını dərk edir və çəkindirmənin uğursuzluğa düçar olmamasını təmin etmək üçün resurs mübadilələri edir", - Pentaqon rəhbəri belə qeyd edib.