BAKI, 12 fevral. TELEQRAF

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Donald Tramp administrasiyası üçün əsas prioritetdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında deyib.

Pentaqon rəhbəri Ukraynadakı vəziyyəti şərh edərkən qeyd edib: “Daimi sülhün əldə edilməsi ən yüksək prioritetdir. ABŞ Müdafiə Nazirliyi bu məqsədə çatmağa kömək edəcək.

O əlavə edib ki, Vaşinqton Ukraynada axan qanı dayandırmalıdır.