
Bakı, 12 fevral, TELEQRAF
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev fevralın 12-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin olunub.