BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarəti ilə bağlı vəziyyətin dəyişə biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Hazırda Hörmüz boğazından böyük həcmdə neft daşınır. Biz boğazı idarə edirik. Sözün əsl mənasında, tam nəzarətimiz altındadır. Lakin düşünürəm ki, vəziyyət hər zaman dəyişə bilər”, - ABŞ lideri deyib.

Trampın sözlərinə görə, son iki gündə Hörmüz boğazından daşınan neftin həcmi tarixi rekord həddə çatıb.

“Son iki gündə boğazdan tarixdə heç vaxt olmadığı qədər çox neft keçib”, - prezident vurğulayıb.