BAKI, 16 noyabr. TELEQRAF

ABŞ-nin “United Launch Alliance” (ULA) şirkətinə məxsus “Vulcan Centaur” daşıyıcı raketi texniki nasazlıq səbəbindən “Amazon”un internet peyklərini orbitə çıxara bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə ULA şirkəti “X” sosial şəbəkəsində məlumat yayıb.

Şirkətin açıqlamasına görə, 41 saylı kosmik buraxılış kompleksindən havaya qalxan raketdə startdan 10 dəqiqə sonra anomaliya qeydə alınıb. Nəticədə peyklərin nəzərdə tutulan orbitə çıxarılması mümkün olmayıb.

Nasazlığın səbəbləri hələlik müəyyən edilməyib.

"CBS News" telekanalının məlumatına görə, raketin göyərtəsində “Amazon” şirkətinə məxsus 40 internet peyki olub.

Bu, 2006-cı ildə yaradılan ULA şirkətinin tarixində ilk uğursuz raket buraxılışıdır.