BAKI, 15 noyabr. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom aviadaşıyan gəminin noyabrın 16-da Yaxın Şərqə gələcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Theodore Roosevelt” aviadaşıyan gəmisi yaxın 24 saat ərzində Yaxın Şərqdəki daha iki aviadaşıyan gəmiyə qoşulacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də Vaşinqtonun İranla münaqişədə daha sərt addımlardan bir sıra Yaxın Şərq ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının xahişi ilə çəkindiyini bildirib.