BAKI, 16 noyabr. TELEQRAF
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin noyabrın 13-də ölkənin hava nəqliyyatında baş verən genişmiqyaslı nasazlığa görə heç bir vəzifəli şəxsin işdən çıxarılacağını gözləmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Mallin bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Düşünmürəm ki, buna görə kimsə işdən çıxarılsın. Problem avadanlıqla bağlı idi”, – nazir bildirib.
“The Daily Beast” nəşrinin məlumatına görə, Mallin nasazlığın təxminən 50 il əvvəl hazırlanmış hava hərəkətinə nəzarət sisteminin müasir şəraitdə istifadəsi ilə əlaqədar olması ehtimalını 98 faiz qiymətləndirib.
Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətinə nəzarət mərkəzlərində rabitənin pozulması səbəbindən ölkə üzrə uçuşları dörd saatdan çox müddətə dayandırıb. Cümə və şənbə günləri aviaşirkətlər 10 mindən çox reysi ləğv ediblər.